Azərbaycanın elektron dini xəritəsi yaradılıb
30 yanvar 2013 11:43 (UTC +04:00)

Azərbaycanın elektron dini xəritəsi yaradılıb

Dini Qurumlarla İŞ üzrə Dövlət Komitəsinin yeni rəsmi saytının təqdimat mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsindəki siyasəti, milli-mənəvi dəyərlərimizə qayğı, ölkəmizdə tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr ibadət evləri və ziyarətgahlar barədə ictimaiyyətə geniş və ətraflı məlumat çatdırılması məqsədilə Dövlət Komitəsinin saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanıb.

Saytda dini icmaların onlayn şəkildə Dövlət Komitəsinə müraciəti, onları maraqlandıran suallara cavab verilməsi üçün bölmə var. Eyni zamanda dövlətin din sahəsinə olan qayğısını özündə əks etdirən “Dinə dövlət dəstəyi” bölməsi də fəaliyyət göstərir.

 

Elşad İsgəndərov bildirib ki, saytda Azərbaycanın elektron dini xəritəsi də yerləşdirilib. Başqa sözlə, bu sayta daxil olmaqla istənilən şəxs asanlıqla mövcud məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri və ziyarətgahlar haqqında geniş məlumatlar əldə edə və onların xəritədəki ünvanı ilə tanış ola bilər.


Sonda Dövlət Komitəsi tərəfindən jurnalistlər və dini mövzuda yazanlar üçün “Dini dözümlülük və tolerantlıq Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib.

Yaxın vaxtlarda saytın ingilis və ərəb dillərində də versiyaları yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052
avatar

Oxşar yazılar