Azərbaycanın bütün ərazilərində yağış yağıb
31 mart 2015 11:04 (UTC +04:00)

Azərbaycanın bütün ərazilərində yağış yağıb

 

 

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 8 sm, Gədəbəydə 4 sm, Göygölün dağlıq ərazilərində 3 sm, Sarıbaşda 2 sm, Şəkinin dağlıq ərazisi olan Kişçayda 1 sm olub

 

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, əvvəldən də xəbər verildiyi kimi, martın 30-dan martın 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

 

Azərbaycanın bütün ərazilərində yağıntı qeydə alınıb. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 8 sm, Gədəbəydə 4 sm, Göygölün dağlıq ərazilərində 3 sm, Sarıbaşda 2 sm, Şəkinin dağlıq ərazisi olan Kişçayda 1 sm olub.

 

Azərbaycanın əksər ərazilərində - Bakı və Abşeron yarımadasında, Lənkəran-Astara, və digər yerlərdə isə yağış yağıb. Bakıda və Abşeronda yağışlar bəzi saatlarda sulu qarla əvəz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar