Azərbaycanda yararsız ət satışının qarşısı alındı - <span style="color:red;">RƏSMİ
17 oktyabr 2019 11:34 (UTC +04:00)

Azərbaycanda yararsız ət satışının qarşısı alındı - RƏSMİ

 
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 
 
Agentlikdən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir Şəmkir rayonunda keçirilib.
 
Monitorinq zamanı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kiloqram mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
 
Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1307
avatar

Oxşar yazılar