Azərbaycanda xərçəng xəstəliyinin geniş yayıldığı bölgələr
30 yanvar 2013 15:33 (UTC +04:00)

Azərbaycanda xərçəng xəstəliyinin geniş yayıldığı bölgələr

Azərbaycanda xərçəng xəstəliyinin geniş yayıldığı bölgələrin adları açıqlanıb. APA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında ölkənin baş onkoloqu Azad Kərimli bildirib ki, daha çox xərçəng xəstələri Bakıya yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Baş onkoloq deyib ki, radiasiya faktoru da xərçəngin yayılmasında mühüm rol oynayır: “Bir akasiya ağacı 40 kvadratmetr ərazini zərərli maddələrdən təmizləyir, lakin indi bu ağacları qırırlar”.

 

O həmçinin qeyd edib ki, Azərbaycanın cənub bölgəsində də xərçəng xəstələrin sayı üstünlük təşkil edir: “Düşünürəm ki, bu ilk növbədə əhalinin məşğuliyyəti ilə əlaqədardır. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər. Bundan başqa, onlar İrandan dəmir qablarda gətirilən yağlardan da çox istifadə edirlər, bu da xərçəngin yayılmasında mühüm rol oynayır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2287
avatar

Oxşar yazılar