Azərbaycanda turistlərin təhlükəsizliyi qanunla qorunacaq
02 aprel 2015 14:19 (UTC +04:00)

Azərbaycanda turistlərin təhlükəsizliyi qanunla qorunacaq

 

“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, layihə müvafiq dövlət orqanlarına təqdim olunub və hazırda razılaşmalar aparılır: “Yeni qanun bu il parlamentin müzakirəsinə çıxarılacaq. Bu qanun layihəsində turistlərin təhlükəsizliyi, sığortası ilə bağlı məsələlər öz əksini tapıb.  Hazırkı turizm haqqında qanunda təhlükəsizlik və  sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq”.

 

 

Ə. Qarayev onu da vurğulayıb ki, indiyə qədər Azərbaycanda  turistlərin təhlükəsizliyi ilə bağlı heç bir xoşagəlməz hadisə baş verməyib: “Turizm şirkətlərinə lisenziya verilən zaman nazirlik tərəfindən bu məsələyə xüsusi önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar