Azərbaycanda QHT Evi yaradılacaq
30 yanvar 2013 13:06 (UTC +04:00)

Azərbaycanda QHT Evi yaradılacaq


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırladığı “QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın ictimai müzakirəsini keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Şuranın sədri Azay Quliyev çıxışında bildirib ki, “QHT-lərin İnkişafına Dair Milli Fəalliyyət Proqramı” 2013-2018-ci illər üçün nəzərdə tutulub, yaxın 5 ildə ölkə QHT-lərinin inkişaf perspektivlərini əks etdirir.

Şura sədri bildirib ki, Milli Məclisin yaz sessiyasında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, Azərbaycan dövləti maraqlıdır ki, QHT qanunvericiliyi daha təkmil olsun: “Bu gün müzakirə olunan sənəd bütün təkliflər nəzərə alınaraq yenidən işlənəcək və  Azərbaycan hökumətinə təqdim ediləcək. Bu sənəd “Azərbaycan -2020 Gələcəyə Baxış Konsepsiyası”ndakı müddəalara əsasən hazırlanıb. Əsas məsələ QHT-lərin maliyyə dayanıqlığının olmasıdır. İstərdik ki, özəl sektor bu sahəyə sərmayə qoysun. Sənəddə QHT Evinin yaradılması və regionlarda QHT mərkəzlərinin formalaşdırılması da əksini tapıb”.

Milli Ekologiya Proqnozları Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə qeyd edib ki, QHT sektoruna dövlət tərəfindən ayrılan maliyyə vəsaiti məhz Şura vasitəsi ilə QHT-lərin qrantlarının maliyyələşdirilməsinə ayrılmalıdır. O, bir sıra nazirliklərin “cib QHT-ləri” yaradaraq böyük miqdarda vəsaiti sildiyini vurğulayıb: “Şuraya ayrılan vəsaitin miqdarı artırılmalıdır”.

Azay Quliyev isə QHT-lər üçün nəzərdə tutulan vəsaitlə bağlı şəffaflığın zəruri olduğunu, Şuranın bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib.
 

Qeyd edək ki, “QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı” 2013-2018-ci illər üçün nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar