Azərbaycanda piratçılığın vəziyyəti - HESABAT
16 yanvar 2014 11:42 (UTC +04:00)

Azərbaycanda piratçılığın vəziyyəti - HESABAT

2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb. Bu barədə Lent.az-a Müəllif Hüquqları Agentliyindən məlumat verilib.

 

Agentlikdə açılmış 960 nömrəli “qaynar xətt”ə hesabat dövründə 700-ə yaxın

müraciət daxil olub, ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na

500-dən çox vətəndaş müraciət edib, müraciətlərə operativ qaydada baxılması təmin edilib.

 

Müəllif və hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib

edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi

hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar