Ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, keçən il ölkədə 170,5 min körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.