Ədliyyə Nazirliyinin “Nikah qeydiyyatı üçün elektron müraciət xidməti” “Elektron hökumət” portalına inteqrasiya edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşlar xidmətdən yararlanmaq üçün ilk növbədə portalda Ədliyyə Nazirliyinə məxsus xidmətlərin təqdim olunduğu bölməyə daxil olmalıdır.
Bundan sonra, müvafiq xidməti seçərək nikahın bağlanması üçün elektron müraciət formasında hər iki tərəf müvafiq orqanı, özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s.) daxil etməklə onlayn qaydada qeydiyyat imkanından istifadə edə bilərlər.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.