Azərbaycanda milli transliterasiya standartları hazırlanacaq
10 aprel 2013 10:47 (UTC +04:00)

Azərbaycanda milli transliterasiya standartları hazırlanacaq

0

 

Azərbaycan Milli Elmlər Akademiyası 2013-2014-cü illər ərzində milli transliterasiya standartları hazırlayacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.

 

Azərbaycan Milli Elm­­lər Akademi­ya­sı 2013-2014-cü ildə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texno­logi­ya­la­rı Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz­liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları­na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob­yekt­lə­rin­də Azərbay­can dilinin leksik və qrammatik qay­da­la­rı­nın pozul­ma­sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qay­nar xəttin yaradılmasını da təmin etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar