Azərbaycanda məşhur dondurmalarda nöqsanlar aşkarlandı
14 iyul 2014 18:19 (UTC +04:00)

Azərbaycanda məşhur dondurmalarda nöqsanlar aşkarlandı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma sexində qanun pozuntusu aşkarlayıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Xidmət tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fiziki şəxs Məmmədov Arif Firudin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Belə ki, yoxlama zamanı "Gskimo QOST", "Plombir", "Pətiqorskoe", "Plombir SSSR" və "Maqnat Gskimo" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi, habelə "Gskimo QOST", "Plombir SSSR" və "Maqnat Gskimo" adlı dondurmaların markalanmasında keçmiş SSRİ-də istehsal olunan yüksək keyfiyyətli məhsullara tətbiq olunan keyfiyyət nişanından da istifadə edildiyi aşkar edilib.
Bundan başqa, dondurmaların markalanmasında onların 1 nömrəli marka olması barədə qeyri-dəqiq reklam xarakterli və "Gskimo QOST", "Plombir" və "Bakinskiy Plombir" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların verildiyi müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs Arif Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022

Oxşar yazılar