Azərbaycanda KİV-lərin sayı 4800-ü keçib
29 avqust 2013 18:02 (UTC +04:00)

Azərbaycanda KİV-lərin sayı 4800-ü keçib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

 

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, kollegiyada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, ölkəmizdə aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik cari ilin 6 ayında 334 normativ hüquqi aktın layihəsini hazırlayıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 753 belə aktı hüquqi ekspertizadan keçirib. Əhalinin təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) 846 sənəd daxil edilmiş və bazada sənədlərin sayı 26.000-ə çatıb.

 

 

Həmçinin, notariat hərəkətlərinin sayı 1,7 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 168 mindən çox əməliyyat aparılıb. Onlardan doğum faktının qeydiyyatı 78.700-ə, nikahların sayı da 15% artaraq 38.500-ə çatıb. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayı artıb, bu il 70 belə qurum dövlət qeydiyyatına alınıb, 72 mətbu nəşr uçota götürülüb.

 

Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ə çatıb, KİV-lərin sayı isə 4.800-ü ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar