Azərbaycanda insan alveri qurbanına 30 gün vaxt veriləcək
18 aprel 2013 18:49 (UTC +04:00)

Azərbaycanda insan alveri qurbanına 30 gün vaxt veriləcək

0

Milli Məclisin sabah keçiriləcək iclasında “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsində insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilməsi nəzərdə tutulub.

 

İnsan alverinin qurbanı bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

 

Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1009

Oxşar yazılar