Azərbaycanda ilk: süni ürək köçürüldü!
21 yanvar 2013 16:53 (UTC +04:00)

Azərbaycanda ilk: süni ürək köçürüldü!

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib.

 

 APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev və xəstəxana əməkdaşlarının iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib. K. Musayev bildirib ki, süni ürək cihazının taxılması əməliyyatları son illər dünyada icra olunur. Onun sözlərinə görə, bu, ürək problemlərinin qarşısını almaq istiqamətində ən effektiv müalicə üsullarından biridir: “Ürək cərrahiyyəsində “süni ürək köçürülməsi” əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək ixtisaslı kadrlar və texnologiyanın istehsalı olan cihazlar tələb olunduğu üçün təəssüf ki, bütün mərkəzlərdə tətbiq olunmur. Bu gün artıq respublikamızda süni ürək cihazının köçürülməsini reallığa çevirib. Bu əməliyyatlarının ölkəmizin kadrları tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir”.

 

K. Musayev deyib ki, əməliyyat Mərkəzi Klinik Xəstəxanasında 44 yaşlı xəstənin üzərində aparılıb: “Yatağa bağlı və güclü dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. “Dilatasiob kardiomiopatiya” adlı xəstəlikdən uzun müddət əziyyət çəkən İbrahim Mansurov ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilib və xəstəyə uzunmüddətli süni ürək cihazına taxılması məsləhət görülüb”.

K.Musayev bildirib ki, xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Bu cihazdan xəstənin uzunmüddətli istifadəsi nəzərdə tutulub. Onun sözlərinə görə, xəstənin əməliyyatdan sonrakı durumu normaldır. Hazırda süni ürək cihazı normal funksiya göstərir və bunun nəticəsində xəstənin əməliyyatdan əvvəlki pozulmuş hemodinamik və funksional göstəriciləri də tamamilə bərpa olunub. Xəstənin yaxın zamanlarda evə yazılması nəzərdə tutulub.

 

Xəstə İbrahim Mansurov isə jurnalistlərə açıqlamasında əməliyyatdan sonra özünü yaxşı hissi etdiyini və ağrılarının azaldığını bildirib. Xəstə  əvvəllər ürək ağrılarından çox əziyyət çəkdiyini, nəfəs almasında ciddi problemləri olduğunu deyib. Əslən Balakən rayonundan xəstə əməliyyatdan sonra bütün narahatlıqlarının geridə qaldığını qeyd edib. İ.Mansurov əməliyyatı həyata keçirən şəxslərə minnətdarlığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3013
avatar

Oxşar yazılar