Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır
14 fevral 2013 14:03 (UTC +04:00)

Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır

“Hazırda Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır. İki talassemiya daşıyıcısı evlənərsə, bu evlilikdən 25 faiz xəstə, 25 faiz sağlam, 50 faiz  xəstəlik daşıyıcısı uşaq dünyaya gələ bilər”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov bildirib. O qeyd edib ki, talassemiya daşıyıcıları praktik sağlam insanlardır. Ancaq bu iki daşıyıcının evlənməsi nəticəsində talassemiyalı uşağın doğula biləcəyini deyən baş məsləhətçi vurğulayıb ki, belə uşaqların doğulmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir: “Belə ki, talassemiya daşıyıcıları nikaha girmədən öncə onlardan sağlamlıq arayışı alınmalıdır. Bundan əlavə, həmin şəxslərə həkimlər tərəfindən genetik məsləhətlər verilməlidir. Bu işlərin görülməsində ən başlıca məqsəd isə talassemiyalı xəstələrin doğulmasının qarşısını almaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar