Noyabrın 27-si axşam qərb rayonlarında, noyabrın 28-də isə digər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Lent. az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.
Noyabrın 29-da yağıntılarda qısa fasilə yaranacaq. Noyabrın 30-da və dekabrın 1-ə keçən gecə Azərbaycanda yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında noyabrın 27-ə nisbətən noyabrın 28-də havanın temperaturu 5-8 dərəcə enəcəyi proqnozlaşdırılır.
*****
Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir.
Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var.
Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.