Son 5 ilin statistik nəticələri Azərbaycanda məişət zorakılığı hallarının azaldığını göstərir
Son 5 ilin statistik nəticələri Azərbaycanda məişət zorakılığı hallarının azaldığını göstərir.
APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında deyib ki, ölkədə “Məişət zorakılığı haqqında” qanunun qəbul edilməsi bu problemin həllində öz sözünü deyir.
Onun sözlərinə görə, bu gün erkən nikah komitəni narahat edən əsas məsələlərdən biridir: “Lakin son illərdə erkən nikahların sayında azalmanın müşahidə olunur. Əgər 2011-ci ildə ölkədə 4 minə yaxın erkən nikah qeydə alınıbsa, 2012-ci ildə ilə onların sayı 3 minə yaxın olub”.
Məişət zorakılığı hallarının daha çox rayonlarda və ya şəhərlərdə qeydə alınmasına gəlincə, A.Sofiyeva qeyd edib ki, araşdırma nəticəsində burada hər hansı bir fərqin olmadığını ortaya çıxarıb. Onun sözlərinə görə, məişət zorakılığı yalnız Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemdir: “Təəssüflər olsun ki, biz hər zaman dünyada sivilizasiya proseslərindən danışırıq. Lakin dünyada zorakılıqla bağlı halların artımı gedir. Bu hallar hər bir cəmiyyəti olduğu kimi, Azərbaycanı da narahat edir”.