"“Space 104 FM” radiosu bağlanmayıb”. Bunu Lent.az-a açıqlamasında radionun direktoru Əhməd Əsgər deyib. O bildirib ki, bu gün mətbuatda dərc olunan məlumatlar həqiqəti əks etdirmir: “Mətbuatda yazılanları oxudum. Amma “Space radio” bağlanmayıb. Sadəcə profilaktikadır. İşlər bitəndən sonra yenidən radio öz işinə davam edəcək”.
**
14:09
Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb. Lent.az-ın ölkə.az-a istinadən məlumatına görə, bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.
Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:
“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.