2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.
Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.