Azərbaycanda avtomobil şüşələri ilə bağlı standart dəyişdi
15 aprel 2013 16:55 (UTC +04:00)

Azərbaycanda avtomobil şüşələri ilə bağlı standart dəyişdi

0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əmri ilə AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.

 

Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə veriləcək. Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3133

Oxşar yazılar