Azərbaycanda 60 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir
27 mart 2018 12:44 (UTC +04:00)

Azərbaycanda 60 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. Lent.az-ın Səhiyyə Nazirliyinin məlumatına görə, epilepsiya dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir.

 

Beyinin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təhrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir.

 

Qeyd edək ki, problemin aktuallığına diqqət çəkmək məqsədi ilə 2008-ci ildən etibarən martın 26-sı dünyada Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Gün kimi qeyd olunur. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.

 

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar