Azərbaycanda 450 uşaq dilənçiliklə məşğul olur
27 mart 2019 09:13 (UTC +04:00)

Azərbaycanda 450 uşaq dilənçiliklə məşğul olur

Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.
 
2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.
 
 
Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.
 
Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
 
(Trend)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar