Azərbaycanda 2013-cü ilin Gənclər paytaxtı elan olunacaq
30 yanvar 2013 13:48 (UTC +04:00)

Azərbaycanda 2013-cü ilin Gənclər paytaxtı elan olunacaq

2 Fevral Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi bir sıra tədbirlər keçirəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə yanvarın 29-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tələbələrlə əsgərlərin görüşü təşkil olunacaq.

 

Yanvarın 31-də Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər Nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissələrində xidmət edən əsgər və zabit heyəti üçün "Silahlı Qüvvələrimiz - qürur mənbəyimizdir" adlı tədbir baş tutacaq. Tədbir zamanı konsert proqramı və ziyafətlə yanaşı, xidmətdə fərqlənmiş bir qrup hərbçinin Gənclər və İdman Nazirliyinin "Fəxri Fərman"ları və hədiyyələri ilə mükafatlandırılması nəzərdə tutulub.

 

Fevralın 1-də Sumqayıt Paralimpiya Kompleksində “Dəstək ol!” adlı İnteqrativ Festival keçiriləcək. Festivalda əlilliyi olan gənclərin, o cümlədən paralimpiyaçıların iştirakı ilə əyləncəli və inklüziv yarışlar təşkil ediləcək, musiqili nömrələr nümayiş olunacaq, tədbir çərçivəsində gənc rəssamlar tərəfindən zalda həyata keçirilən fəaliyyətlər böyük plakatlarda təsvir ediləcək.

 

Fevralın 2-də Gənclər və İdman Nazirliyinin, Gənclər təşkilatlarının nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Həmin gün Rəssamlar İttifaqında gənc rəssamların rəsm əsərlərindən ibarət “XXI əsrin Azərbaycanı” adlı sərgi təşkil olunacaq. Eyni zamanda yaradıcı gənclərin mükafatlandırma mərasimi və konsert proqramı keçiriləcək. Tədbirdə 2013-cü il üçün Gənclər paytaxtı elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar