Azərbaycan Mərkəzi Bankı (AMB) Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 3-cü nəsil qızıl xatirə sikkələrin istehsalını təşkil edib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında 3 növdə ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil xatirə sikkələrində milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda Heydər Əliyevin portreti əks olunub.
Sikkələr yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun dizayn edilib. Sikkələrin birinci növünün çəkisi 1 troya unsiyası (31,21 qr), ikinci növünün çəkisi 10 troya unsiyası (313 qr), üçüncü növünün çəkisi isə 1 kq təşkil edir.