Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmaqda davam edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, domenlərin statistikasını aparan whois.az saytına əsasən, .az zonasında artıq 16 min 426 domen adı qeydiyyatdan keçib.
Domenlərin böyük əksəriyyəti – 15 278 - .az domeninin payına düşür, digərləri isə com.az, pro.az, net.az, org.az, edu.az və s. subdomenləridir. Bu ilin əvvəlindən artıq 131 yeni domen adı qeydiyyata alınıb. .az domen zonası Azərbaycan və ya ölkə ilə bağlı obyektlər üçün istifadə olunur.
İnternetdə domen adlarının və nömrələrin verilməsi ilə məşğul olan ICANN korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də .az domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.