Monteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.