Azərbaycan və Belarusun birgə poçt bloku buraxılıb
25 aprel 2013 10:06 (UTC +04:00)

Azərbaycan və Belarusun birgə poçt bloku buraxılıb

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “Azərbaycan və Belarus birgə buraxılışı. Xalq rəqsləri” poçt blokunu dövriyyəyə buraxıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, layihə milli geyimlərin gözəlliyini və milli rəqslərin koloritini nümayiş etdirir.

 

Markalar üzərində Azərbaycan və Belarusun qədim xalq rəqsləri “Tərəkəmə” və “Krıjaçok” təsvir olunub. Poçt blokunun tirajı 15 min ədəd, hər markanın nominal dəyəri 50 qəpik təşkil edir.

 

Xatırladaq ki, 2011-ci ildə ölkələr “Musiqi alətləri” mövzusunda ilk birgə poçt markaları buraxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar