Azərbaycanlı gənc Dünya Gənclər Assambleyasının idarə heyətinin üzvü seçilib
11 dekabr 2014 11:10 (UTC +04:00)

Azərbaycanlı gənc Dünya Gənclər Assambleyasının idarə heyətinin üzvü seçilib

0

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Leyla İsrafilova dünyanın 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının (WAY) idarə heyətinin üzvü seçilib. Lent.az-ın məlumatına görə, seçkilər Dünya Gənclər Assambleyasının Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunan Baş Assambleyasında baş tutub.

Tədbir Dünya Gənclər Assableyasının illik hesabatının qəbul olunması, yeni rəhbərliyi, idarə heyəti və təşkilatın yeni üzvlərinin seçkilərinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilib. Tədbirin zamanı Dünya Gənclər Assableyasının 2014-cü il üzrə fəaliyyət və maliyyə hesabatı qəbul olunub.

Təşkilata yeni üzv olmaq üçün müraciət edən gənclər platformalarının namizədliyinə baxılıb və səsvermə əsasında təşkilatın yeni üzvləri seçilib. Tədbirdə ARGTMŞ təşkilatın tam hüquqlu üzvü olub.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə “Dünya Gənclər Assambleyası”-nın idarə heyətinin üzvü olmağın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar