Türkiyənin Ankara şəhərində IX Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalı təşkil ediləcək. Lent.az-ın məlumatına görə, sentyabrın 6-dan 15-dək davam edəcək festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İraq, Şimali Kipr və digər ölkələrə xas yeməklər nümayiş olunacaq.
Tədbirin məqsədi müxtəlif ölkələrin zəngin mətbəxini təbliğ etmək, unudulmuş yemək ləzzətlərini təkrarən xatırlamaq və yeni yeməkləri araşdırmaqdır.
Festival çərçivəsində aşpazlar arasında “Anadolu ləzzəti” adlı müsabiqə də keçiriləcək. Tədbirdə iştirak edənlər yemək, xəmir işi və şirni kateqoriyalarında bacarıqlarını nümayiş etdirəcəklər. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.