Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilərək hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.