Fərhad Vəliyev Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri seçilib.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin 11 nəfərdən ibarət İdarə Heyəti də seçilib.
Təşkilatın əvvəlki sədri Elmari Məmişov Birliyin yeni sədrini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Elmari Məmişov Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri Fərhad Vəliyev tərəfindən bu təşkilatın inkişafındakı xidmətlərinə görə diplomla təltif edilib. Fərhad Vəliyev təşkilatın bundan sonrakı fəaliyyətində də dinamik inkişaf tendensiyasının qorunub-saxlanılacağını vurğulayıb. Elmari Məmişov isə bundan sonrakı fəaliyyətini Azərbaycan Hüquqşünasları Konfederasiyasının tərəfdaşları ilə birgə USAİD-in dəstəyi ilə icra etdiyi Azərbaycan Hüquqlar Konsorsiumu layihəsinin direktoru kimi davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi 1999-cu ilin mart ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. AGHB qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumudur.