Azərbaycan əhalisinin sayı 0,3 faiz artıb
10 iyul 2017 17:15 (UTC +04:00)

Azərbaycan əhalisinin sayı 0,3 faiz artıb

0

 

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar