Azərbaycan dilinin tədrisinə dair fəaliyyət planı təsdiq edilib
27 iyul 2013 17:45 (UTC +04:00)

Azərbaycan dilinin tədrisinə dair fəaliyyət planı təsdiq edilib

 

Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin Azərbaycan dilini hərtərəfli öyrənmələrinin, onlarda doğma ana dilinə məhəbbət hissinin gücləndirilməsinin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bəyan edib.

 

Lent.az-ın verdiyi məlumata görə, tədrisi Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin tədris planında Azərbaycan dilinə ibtidai siniflərdə 39, V-XI siniflərdə 22, ümumilikdə 61 saat vaxt ayrılıb.

 

Tədrisi digər dillərdə aparılan məktəblərin tədris planında da dövlət dili kimi Azərbaycan dilinin tədrisinə I-XI siniflərdə 22 saat vaxt verilib. Tədris illəri ərzində keçirilən inşa yazı, bədii qiraət müsabiqələri, respublika səviyyəsində keçirilən Azərbaycan dili və ədəbiyyat fənn olimpiadası şagirdlərin Azərbaycan dilində rabitəli nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşmasında mühüm rol oynayır: “Şübhəsiz, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı Azərbaycan dilini mükəmməl bilməlidir. Ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” tarixi bir sənəd olmaqla Azərbaycan dilinin ölkə miqyasında, eləcə də beynəlxalq aləmdə yüksək statusunun təmin olunmasında müstəsna rol oynayacaq. Həmin Dövlət Proqramının icrası ilə əlaqədar təhsil nazirinin müvafiq əmri ilə geniş Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında Azərbaycan dili fənni üzrə təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi, “Azərbaycan dilinin tədrisi metodikası” fənninin yeni proqramının hazırlanması, elmi-praktik konfransların, seminar və dəyirmi masaların, müsabiqələrin və digər tədbirlərin keçirilməsi, müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar