Təhsil nazirinin müavini evdə təhsildən DANIŞDI
02 oktyabr 2019 13:09 (UTC +04:00)

Təhsil nazirinin müavini evdə təhsildən DANIŞDI

“Təhsil Nazirliyi beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Həmin qiymətləndirmələrin üç meyar üzrə nəticələri ürəkaçan deyil”.
 
APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, evdəki təhsil mühiti uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir: “Təəssüf ki, bu göstəricilər üzrə ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu onların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür".
 
Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır: "Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb".
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar