Azay Quliyev Şirvanda Qarabağ qaziləri və şəhid ailələri ilə görüşdü
28 dekabr 2013 18:12 (UTC +04:00)

Azay Quliyev Şirvanda Qarabağ qaziləri və şəhid ailələri ilə görüşdü

Dekabrın 28-də Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Qarabağ qaziləri, şəhid ailələri, Çernobl əlilləri, 1-ci qrup əlillər və aztəminatlı ailələrlə görüş keçirib. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili seçicilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib. Görüş iştirakçıları ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq problemlərin bir çoxunun yerindəcə aidiyyəti orqanların köməkliyi ilə həllini tapmasına yardımçı olub. Daha sonra millət vəkili valideynləri ilə birgə görüşə gəlmiş uşaqların bayramını ayrıca təbrik edib və onlara hədiyyələr verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Oxşar yazılar