Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib. A.Quliyevin köməkçisi Xəlil İsmayılovun Lent.az-a verdiyi məlumata görə, deputat, əvvəlcə qəbula gələn Şirvan sakinlərini fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərini dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.
Daha sonra millət vəkili Şirvanda köhnə şəhər yaşayış massivində bir sıra fərdi yaşayış evlərində olaraq sakinlərin üzləşdikləri problemlərlə yaxından tanış olub. Bundan başqa deputat Azay Quliyevin vətəndaşlarla görüşü leytenant İbrahimov küçəsində yerləşən bir sıra məhəllələrdə davam edib.
Millət vəkili seçicilərlə keçirdiyi görüşlər zamanı qaldırılan bütün məsələlərin ətraflı araşdıracağını və onların tezliklə aradan qaldırılması üçün müvafiq addımlar atacağını bildirib.