Azay Quliyev İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb
01 aprel 2015 11:42 (UTC +04:00)

Azay Quliyev İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarilər ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən şura sədri qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərin inkişafına töhfə verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü də bildirib.

 

Şuranın gördüyü işlərin təqdirəlayiq olduğunu deyən senator Sergio Divina hökumət ilə QHT sektoru arasında əlaqələndirməni uğurla təmin etməyin önəmli amil olduğunu vurğulayıb. Müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən S. Divina qeyd edib ki, QHT-lərlə dövlətin əməkdaşlığı bu qurumların müstəqil fəaliyyəti baxımından vacib faktordur. Senator ölkələrimiz arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

 

Görüşdə həmçinin Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq TAP layihəsinin önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu layihənin reallaşması ilə Azərbaycan və İtaliya arasında əlaqələr daha da genişlənərək yeni mərhələyə qədəm qoyacaq.

 

Nümayəndə heyəti səfər çərçivəsində İtaliyanın bir sıra tanınmış QHT-ləri ilə də görüşlər keçirib. “Be Free” Qadın QHT koalisiyasının prezidenti və İdarə Heyətinin üzvlərinə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, ictimai iştirakçılıq, qadınlar və uşaqlarla bağlı həyata keçirilən proqramlar, bu sahədə şuranın maliyyələşdirdiyi layihələr haqqında geniş məlumat verilib.

 

Koalisiyanın prezidenti, xanım Françeska De Masi “Azərbaycanda qaçqın və məcburi köçkün qadınların problemlərinin Avropa ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var və təşkilatımız bu sahədə müəyyən işlər həyata keçirməyi düşünür” deyə bildirib.

 

“UniVerde” Fondunda keçirilən görüşdə qurumun prezidenti Alfonso Pecoraro Scanio Azərbaycanın turizm potensialı və ətraf mühiti haqqında geniş məlumata malik olan, vaxtilə İtalyanın kənd təsərrüfatı və ətraf mühit naziri vəzifəsində çalışan Alfonso Pecoraro Scanio bu sahədə Azərbaycanın QHT-ləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar