Azad Rəhimov Biləsuvarda qəbul keçirəcək
23 yanvar 2015 12:56 (UTC +04:00)

Azad Rəhimov Biləsuvarda qəbul keçirəcək

0

Gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşların şikayətini dinləyəcək. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbul yanvarın 27-də baş tutacaq.

Qəbulda Biləsuvar, Ağcabədi, Beyləqan, İmişli rayonlarından olan sakinlər iştirak edəcək.  Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-da saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:

Ağcabədi - 050-515-29-00, Beyləqan - 055-743-12-12, Biləsuvar - 050-504-44-22, İmişli - 055-635-66-49. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar