Gənclər və idman naziri Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş aprelin 18-də, saat 11-də Heydər Əliyev Mərkəzində olacaq.
Qəbul İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlar üçün təşkil ediləcək.