Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 35-ci iclasına qatılacaq
22 may 2014 14:23 (UTC +04:00)

Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 35-ci iclasına qatılacaq

Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 35-ci iclasına qatılacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 23-də Kiprin Nikosiya şəhərində Avropa Olimpiya Komitəsinin 35-ci Seminarı keçiriləcək.

Mayın 24-dək davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri A. Rəhimov təmsil edəcək.

Avropa Olimpiya Komitəsinin prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri və digər nümayəndələr iştirak edir.

Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Oxşar yazılar