Axşamdan etibarən yağış yağacaq
12 fevral 2013 13:15 (UTC +04:00)

Axşamdan etibarən yağış yağacaq

Bu gündən başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, bu gün axşamdan etibarən hava şəraiti pisləşəcək. Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Qərb küləyi əsəcək,  arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti,  dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Fevralın 14-dən etibarən respublika ərazisində hava şəraiti mülayimləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar