Nəqliyyat Agentlyi 2 avtobusu xətdən kənarlaşdırdı
11 iyul 2017 17:00 (UTC +04:00)

Nəqliyyat Agentlyi 2 avtobusu xətdən kənarlaşdırdı

0


Son bir həftədə Bakı Nəqliyyat Agentliyi ( BNA) tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. 

 

BNA-dan Lent.az-a verilən məlumata görə, 15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 DQN-li avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü Agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, belə halların təkrarlanacağı təqdirdə Agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.

 

Bundan başqa, 44 nömrəli marşrut xətti üzrə 90-UN-516 DQN-li avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtdan aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.

 

Həmçinin, 173 nömrəli marşrut xətti üzrə 10-TF-428 DQN-li avtobusun sürücüsü Azər Abışov Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama hallına yol verib. Sürücü və daşıyıcı Agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha belə halların baş verəcəyi təqdirdə Agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

 

BNA bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar