Avropa Oyunları vaxtı Bakıda 12 ekspress marşrut xətti fəaliyyət göstərəcək - <span style="color:red;">RƏSMİ
13 may 2015 12:32 (UTC +04:00)

Avropa Oyunları vaxtı Bakıda 12 ekspress marşrut xətti fəaliyyət göstərəcək - RƏSMİ

Bakıda keçiriləcək Birinci Avropa Oyunları vaxtı paytaxtın nəqliyyat sisteminin hansı formada fəaliyyət göstərəcəyi açıqlanıb. Lent.az-ın məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion istiqamətində 6 ekspress marşrutu fəaliyyət göstərəcək: "Bu marşrut avtobusları əsasən metrostansiya qovşaqlarından stadiona doğru və əks istiqamətdə hərəkət edəcək. Bileti olan vətəndaşlar bu avtobuslardan pulsuz istifadə edə biləcəklər. Eyni zamanda, paytaxtda fəaliyyət göstərən digər marşrut avtobus xətləri normal qaydada çalışacaq və vətəndaşlar həmişəki kimi bu avtobuslardan istifadə edə biləcəklər".

 

Nazir müavini əlavə edib ki, yarışların keçirildiyi günlərdə idman obyektlərinə 12 ekspress marşrutu işləyəcək və bileti olanlar bu avtobuslardan da pulsuz istifadə edə biləcəklər: "Şəhərin müxtəlif ərazilərindən keçməklə, bu avtobuslar yarışların keçirildiyi idman obyektlərinə sərnişin daşıyacaqlar".

 

Qeyd edək ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində rəsmi şəxslərdən və idmançılardan başqa, 45 min nəfərin iştirak etməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Nizam Rza

Oxşar yazılar