Azərbaycan Tibb Universitetinin Ürək Damar Mərkəzində bir il ərzində xeyli sayda xəstə stasionar şəraitdə müalicə olunub. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xəstələrə transtorasik exokardioqrafiya, EKQ müayinə tətbiq edilib. Bu müddətdə 29 nəfərdə ürəkdaxili defibrilyator, 1 nəfərdə anadangəlmə ürəkdaxili qüsurların qapalı yolla bağlanması əməliyyatı həyata keçirilib.
Gələcəkdə Ürək Damar Mərkəzində kardioreanimasiya şöbəsinin qurulması, 3 ölçülü exokardioqrafiyanın aparılması, 3 ölçülü xəritələmə sisteminin tətbiqi və digər yeniliklər nəzərdə tutulur.