İspaniyanın Madrid şəhərində keçirilən "FİTUR 2013" Beynəlxalq Turizm Sərgisi zamanı "Bakı Futbol Klubu" ilə əməkdaşlıq çərçivəsində "Atletico Madrid" futbol klubunun rəhbərliyi, baş məşqçisi və futbolçuları Azərbaycan stendini ziyarət edib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, futbolçular sərgi iştirakçıları və ziyarətçilər üçün özündə "Land of Fire" yazısını əks etdirən futbol formalarının üzərində imza atıb, şəkil çəkdiriblər.
Tədbir İspaniyanın məşhur "As", "Marca", "Deportivo El Mundo" nəşrləri, həmçinin "TV5", "TV de Madrid" televiziya kanalları və digər 20-yə yaxın mətbuat orqanı vasitəsilə yayımlanıb. Azərbaycanın turizm potensialının təbliğ olunması üçün gələcəkdə də belə reklam kompaniyalarının keçirilməsi nəzərdə tutulur.