<b>Aşura günü qan verən 122 nəfərdə təhlükəli infeksiya aşkarlandı</b>
06 oktyabr 2017 14:45 (UTC +04:00)

Aşura günü qan verən 122 nəfərdə təhlükəli infeksiya aşkarlandı

"Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb”.

 

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 122 nəfərdən 81-də hepatit, 38 nəfərdə sifilis, 3 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. 

 

Qeyd edək ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya (Hepatit B, Hepatit C, HİV və Sifilis) infeksiyasına qarşı yoxlanılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar