
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
"Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək".
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
S. Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: "Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək".
General həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. "Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".
Oxşar yazılar

Köhnə bəndlər suyun qarşısını saxlaya bilmir – VİDEO
24 iyun 2025 , 01:04
İran-İsrail münaqişəsi - Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
24 iyun 2025 , 00:15Sabiq deputatla bələdiyyə sədri arasında QALMAQAL
23 iyun 2025 , 22:55
Bakının mərkəzində unudulmuş küçə: “Hamının ayağında salafan” - VİDEO
23 iyun 2025 , 22:39
Avtobusda şok mənzərə
23 iyun 2025 , 19:33
48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır
23 iyun 2025 , 19:07
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
23 iyun 2025 , 18:30