Astarada iki casus  saxlanıldı
23 iyun 2025 14:43 (UTC +04:00)

Astarada iki casus saxlanıldı

İranın Astara rayonunda iki casus saxlanılıb.

Lent.az İran mediasına istinadla bildirir ki, şübhəli avtomobillə bağlı 110 Polis Təcili Yardım Mərkəzinə ictimai məlumat daxil olub. Bundan sonra polis hadisə yerinə gəlib və hər iki şübhəli şəxsi qəfil əməliyyatla həbs edib.

Şübhəlilərin və onların elektron cihazlarının texniki müayinəsi zamanı ölkənin müxtəlif şəhərlərində terror aktlarının törədildiyi yer haqqında məlumat və təsvirləri, habelə çoxlu sayda ödəniş qəbzlərini özündə əks etdirən şəkillər aşkar edilib.

Müttəhimlərin telefonlarının ekspertizası zamanı məlum olub ki, onlar xarici messencerlər vasitəsilə xaricdəki İsrail agentləri ilə müntəzəm əlaqədə olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar