Tayvanda avtomobillər, motosikletlər, yük maşınları, avtobuslar da daxil olmaqla nəqliyyat vasitələrinin sayı ilk dəfə olaraq sakinlərin ümumi sayını keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki, mayın sonuna olan məlumata görə, Tayvan Avtomobil Yolları İdarəsində 23 357 381 avtomobil qeydiyyata alınıb. May ayında Tayvanın əhalisi 23 355 470 nəfər olub. Qeyd edilir ki, beləliklə, nəqliyyat vasitələri insanların sayından 1911 ədəd çoxdur.
Fərq bəzi ailələrdə bir neçə avtomobil və motosikletin olması ilə izah oluna bilər. Üstəlik, qeyd edildiyi kimi, eyni şəxs gündəlik işə getmək üçün motosikletdən, həftə sonları və ya uzun səfərlər üçün isə avtomobildən istifadə edə bilər.