Türkiyədə ana gənc qızını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Akhisar qəsəbəsində baş verib.
50 yaşlı Rabia B. mübahisə zamanı 25 yaşlı qızı Cemre B.-ni yataq otağında boğaraq öldürüb. Ana qızını öldürəndən 18 saat sonra onun meyitini gizlədib və Cemreni soruşan digər qızlarına “evə gəlməyib” deyə cavab verib.
Hadisəyə səbəb isə qızın evə gec gəlməsi olub.
Lakin 18 saat sonra ana özü polisə zəng edərək cinayət törətdiyini deyib və təslim olub. Hazırda araşdırma aparılır.